Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Vətən müharibəsi iştirakçıları atıcılıq yarışında iştirak ediblər

      Naxçıvan Atıcılıq Mərkəzində paralimpiyaçılar arasında atıcılığın stend növü üzrə muxtar respublika açıq birinciliyi keçirilib. İştirakçılar arasında qazilərimiz də olub. Yarışa ümumilikdə 16 nəfər qatılıb.

Nəticələrə əsasən Şəmsəddin Əsədov birinci olub. İlk üçlüyü müvafiq ardıcıllıqla Asəf Süleymanovla Elvin Quliyev tamamlayıblar.

Mükafatlandırma mərasimində çıxış edən Gənclər və idman naziri Ramil Hacı, Paralimpiya Federasiyasının sədri Nicat Babayev və Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli yarışın əhəmiyyəti barədə danışıb, iştirakçılara uğurlar arzu ediblər. Qeyd olunub ki, bu kimi tədbirlər bundan sonra da davam etdiriləcək.

İştirakçılara diplom, kubok və hədiyyələr təqdim edilib.

Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Atıcılıq və Paralimpiya federasiyaları tərəfindən birgə təşkil olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
09.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021