9 dekabr 2020-ci il tarixdə ümummmilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi məqsədilə gənclərin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.
Ekskursiya zamanı muzeyin bələdçisi gənclərə muzey, ümummilli liderin həyatı və siyasi fəaliyyətinin əks olunduğu eksponatlar haqqında geniş məlumat verərək bildirmişdir ki, Heydər Əliyev Muzeyi 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzeydə ulu öndər Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi dövrə (1991-1993) aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır. Burada "Xalqımla həmrəyəm", "Qayıdış", "Naxçıvan yaşayır və döyüşür", bölmələri təşkil olunmuşdur. Muzeyin kitabxanasında Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır. Sonda gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilən ekskursiyada 25 nəfər könüllü gənc iştirak etmişdir.