Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Sərbəst güləş üzrə turnir keçirilmişdir

      7-8 fevral 2020-ci il tarixlərdə Bakı şəhər Şağan Olimpiya İdman Kompleksində Minbulaq Hüseynovun xatirəsinə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü idmançılar arasında sərbəst güləş üzrə IV açıq respublika turniri keçirilmişdir.

Turnirdə Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları da iştirak etmiş və turniri qaliblər sırasında başa vurmuşlar. Belə ki, İsmayılov Ramil 38 kq çəki dərəcəsində II, Məmmədov Tuncay 52 kq çəki dərəcəsində III yerin sahibi olmuşlar.

İdmançılarımızı təbrik edir, daha böyük qalibiyyətlər arzulayırıq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.02.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020