Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Baku Open” beynəlxalq karate turniri keçirilmişdir

      5-8 mart 2020-ci il tarixlərdə Bakı şəhər Boks İdman Mərkəzində 11-ci “Baku Open” beynəlxalq karate turniri keçirilmişdir.

Yarışın birinci günündə böyüklər və veteranlar, mart ayının 6-sında 16-17 yaşlı və 18-21 yaşlı gənclər, 7-sində 14-15 yaşlı yeniyetmələr, ayın 8-ində isə 6-13 yaşadək uşaqlar yarışa qoşulmuşlar. Turnir bu dəfə dünya şöhrətli idmançı Rafael Ağayevin 35 illik yubileyinə həsr olunmuşdur. Fərdi və komanda yarışlarında Azərbaycanla yanaşı, Türkiyə, Malayziya, Misir, Gürcüstan, İsveçrə və Rusiyadan 672 idmançı iştirak etmişdir. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 2 idmançısı da turnirdə iştirak etmiş və qaliblər sırasında öz yerlərini almışlar. Belə ki, İsmayılov Aslan Loğman oğlu 18-21 yaş qrupunda +84 kq çəki dərəcəsində, Qasımov Rəşad Rövşən oğlu 16-17 yaş qrupunda 55 kq çəki dərəcəsində III yerlərin sahibi olmuşlar.

İdmançıları təbrik edir, gələcək fəaliyyətlərində daha böyük qalibiyyətlər arzulayırıq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.03.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020