Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















Naxçıvan Universitetinə 1 dəst ( 100 ədəd ) tatami döşəyi verilmişdir

      10 dekabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqlara uyğun olaraq muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi, idman yarışlarının kütləviliyinin artırılması sahəsində uğurlu fəaliyyət davam etdirilir.

Muxtar respublikada müasir idman infrastrukturunun yaradılmasının gənclərin sağlamlığının qorunmasında, onların asudə vaxtlarının səmərəli təşkilində, idmanın kütləviliyinin artmasında və istedadlı gənclərin üzə çıxarılmasında mühüm rolu vardır. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bu sahəyə diqqətlə yanaşılmış, ali təhsil müəssisələrində idmanın maddi texniki bazasının möhkəmləndirilməsi, idmanın inkişaf etdirilməsi məqsədi ilə Naxçıvan Universitetinə 1 dəst ( 100 ədəd ) tatami döşəyi verilmişdir.

Əminik ki, bu cür tədbirlər universitetdə bədən tərbiyəsi və idmanla məşğul olan gənclərin sayını günü-gündən artıracaq və idmanın daha da inkişafına öz müsbət təsirini göstərəcəkdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.04.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019