Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Sərbəst güləş üzrə “Heydər Əliyev Kuboku” uğrunda muxtar respublika turnirinə start verilib

      Ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilir. 2005-2007-ci il təvəllüdlü idmançıları əhatə edən turnirin mükafatçıları olimpiya sisteminə əsasən müəyyən ediləcək. 10 çəki dərəcəsi üzrə 92 güləşçi medallar uğrunda mübarizə aparır.

Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Güləş Federasiyası tərəfindən birgə təşkil olunan yarış ümummili lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, böyüməkdə olan gənc nəsli vətənpərvərlik ruhunda formalaşdırmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, perspektivliləri yığma komandaya cəlb etmək və kütləviliyə nail olmaq məqsədilə keçirilir.

Turnirin final görüşləri və mükafatlandırma mərasimi 11 may tarixinə planlaşdırılır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.05.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022