Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Tennis üzrə muxtar respublika birinciliyi keçirilmişdir

      10 avqust 2020-ci il tarixdə Sahil Parkında “12 avqust – Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş gənclər arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilmişdir.

Birinciliyin keçirilməsində məqsəd “12 avqust-Beynəlxalq Gənclər Günü”nün qeyd edilməsi, gənclər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, onların asudə vaxtlarının səmərəli keçirilməsi, o cümlədən stolüstü tenis idman növünün inkişaf etdirilməsi olmuşdur. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 26 gənc idmançı iştirak etmişdir. Yarışın sonunda qızlar arasında mübarizədə Mahmudova Xurşud, oğlanlar arasında mübarizədə Olabide Sadare Samuel bütün rəqiblərini üstələyərək yarışın qalibi adını qazanmışlar. Növbəti pillələrdə isə qızlar arasında Məmmədli Alsu, Əliyeva Duyğu oğlanlar arasında Rəhimli Əkrəm, Seyidzadə Mirnəsib yer almışlar. Sonda qaliblər təşkilatçılar tərəfindən hədiyyə və diplomlarla təltif olunmuşlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020