Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Ekskursiya təşkil olunmuşdur

      Bu gün gənclərin “Naxçıvanı tanıyaq” devizi altında “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə ekskursiyası təşkil olunmuşdur.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış edərək ekskursiyanın mahiyyəti haqqında gənclərə məlumat verərək bildirmişlər ki, gənclərin mütəmadi olaraq muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, muzeylərə, tarixi yerlərə ekskursiyaları təşkil edilir. Bu da muxtar respublikanın turizm potensialının təbliği ilə yanaşı, gənclərin tarixi keçmişimizi öyrənməsi işində də böyük əhəmiyyət kəsb edir.

Sonra Kompleksin bələdçisi məlumat verərək bildirmişdir ki, Naxçıvanda yerləşən “Əshabi-Kəhf” mağarası təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir. Təsadüfi deyil ki, İslamın müqəddəs kitabı “Qurani-Kərim”də də “Əshabi-Kəhf”in adı çəkilir. Əshab-i Kəhf dağın və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer-Əshab-i Kəhf mağarası dağlar arasında yerləşir. “Əshab” yeniyetmə cavan oğlanlar, “kəhf” isə mağara, sığınacaq yeri deməkdir. “Əshabi-Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksi Azərbaycanda tanınmış dini turizm obyektidir. Hər gün yüzlərlə insan bu ocağa gələrək ziyarət edir, Allah yolunda qurbanlar kəsir. İlin hansı dövründə olursan ol, burada əcnəbi turistlərə rast gəlmək mümkündür. Son illərdə “Əshabi-Kəhf”də iki dəfə abadlıq, bərpa işləri aparılıb, zəvvarlar üçün rahatlıq yaradılıb, 13 km məsafədə rahat yol salınıb, məscid tikilib, kitabə qoyulub. 2007-ci ildə aparılan quruculuq işləri daha da genişləndirilib, ziyarətgahda köşklər memarlıq baxımından fərqlənən tikililərlə əvəz olunub. Ziyarətgahın ərazisində “Qonaq Evi”, “Bələdçi otağı” və hədiyyələr mağazası da fəaliyyət göstərir. Azərbaycanın bölgələrindən və müxtəlif müsəlman ölkələrindən bu dini ocağa gələn zəvvarların sayı ildən-ilə artır. Kompleks bu gün zəvvarlıq mərkəzinə çevrilib. Sonda gəncləri maraqlandıran suallar cavbalandırılmışdır.

Ekskursiyada 20 nəfər gənc iştirak etmişdir. Qeyd edək ki, ekskursiya Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
10.09.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019