Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Komandamız ölkə üçüncüsü olub

      Məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsi məqsədilə təşkil olunan "Şahin" hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyinin final mərhələsi reallaşıb. Yarış Bakı şəhərində - Hərbi Qənimətlər Parkının yanında ayrılmış xüsusi ərazidə keçirilib. Müxtəlif bölgələrdən 18 komanda qələbə uğrunda mübarizə aparıb.

Yarışa muxtar respublika mərhələsinin qalibi kimi qatılan "Ordubad" komandası uğurlu nəticəyə müvəffəq olub. Təmsilçimiz 3-cü yerə sahib çıxaraq mükafatçılar sırasına düşüb. Birinci və ikinci yerlərə müvafiq olaraq "Nizami" və "Sumqayıt" komandaları layiq görülüblər. Komandalara mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
11.05.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022