Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Heydər Əliyev Kuboku” uğrunda boks turnirinə start verilib

      Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan boks üzrə muxtar respublika turniri keçirilir. Yeniyetmə və gənc idmançıları əhatə edən turnirin mükafatçıları olimpiya sisteminə əsasən müəyyən ediləcək. 17 çəki dərəcəsi üzrə 90-a yaxın boksçu (7 komanda) medallar uğrunda mübarizə aparır.

Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyası tərəfindən birgə təşkil olunan yarış ümummili lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, perspektivliləri yığma komandaya cəlb etmək və kütləviliyə nail olmaq məqsədilə keçirilir.

Turnirin final görüşləri və mükafatlandırma mərasimi 13 may tarixinə planlaşdırılır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
11.05.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022