Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Stolüstü tennis üzrə yarış keçirilib

      Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə stolüstü tennis üzrə gənc oğlan və qızlar arasında muxtar respublika birinciliyi keçirilib.

Sahil Parkında təşkil olunan birinciliyin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov bildirib ki, son illər muxtar respublikanın şəhər və rayonlarında gənclərin idmana cəlbi yönündə mühüm işlər görülür, yeni idman obyektləri tikilərək onların ixtiyarına verilir. Bunlardan biri də Sahil Parkında yaradılan tennis kortudur. Muxtar respublika birinciliyin də məhz burada təşkil olunması yaradılan müasir infrastruktur və şəraitdir. İştirakçılar yarışın qaydaları haqqında məlumatlandırıldıqdan sonra birinciliyə start verilib.

50-yə yaxın gənc oğlan və qızın mübarizə apardığı birincilik olimpiya sistemi üzrə təşkil olunub.

Qızların mübarizəsində Duyğu Əliyeva bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olub. Xurşud Mahmudova ikinci, Alsu Məmmədli isə üçüncü olub.

Oğlanlar arasında yarışda Babək Sobhanian hamıdan güclü olub. Digər iki pillədə isə Əkrəm Rəhimli və Məhəmməd Məmmədli qərarlaşıblar.

Sonda qalib idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, sabah kort tennisi üzrə muxtar respublika birinciliyinə də start veriləcək.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
11.06.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020