Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Xəmsə” İntellektual Oyunu keçirilmişdir

      11 avqust 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin akt zalında sağlamlıq imkanları məhdud gənclər arasında fərdi “Xəmsə” İntellektual Oyunu keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Zaur Hüseynov və Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov çıxış edərək bildirmişlər ki, oyunun keçirilməsində məqsəd “12 avqust-Beynəlxalq Gənclər Günü”nün qeyd olunması, gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin nüfuzunun artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir. Həmçinin, “Beynəlxalq Gənclər Günü” və muxtar respublikada gənclərin intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində görülən işlərdən bəhs edərək bildirmişlər ki, artıq bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, gənclərimiz intellektual oyunların ölkə birinciliklərində muxtar respublikanı layiqincə təmsil edir və uğurlu nailiyyətlər əldə edirlər. Sonra iştirakçılara uğurlar arzulamış və gəncləri “12 avqust-Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik etmişlər. Hər mövzuda 4 nəfər gəncin iştirak etdiyi oyunda iştirakçılar mövzuya uyğun olaraq 5 sualı cavablandırmışlar. Hər bir iştirakçı oyunda iki dəfə iştitrak etmişdir. Sonda oyunun hər iki mərhələsinin nəticəsinə görə ən çox xal toplayan Elmar Maqsudov I yerə, Hüseyn Novruzov II yerə, İradə Hüseynli isə III yerə layiq görülmüşlər. Oyunun qalibləri diplomla, digər iştirakçılar isə fəxri fərmanla təltif olunmuşlar. Həmçinin iştirakçıların hər birinə təşkilatçılar tərəfindən kitablar hədiyyə olunmuşdur.

15 nəfər sağlamlıq imkanı məhdud gəncin iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
11.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020