Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Çimərlik futbolu üzrə Naxçıvan MR çempionatında
ikinci tura start verilib

      Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı, “Arazbet”in baş sponsorluğu ilə keçirilən çempionatda mübarizə davam edir. İkinci turun startı ilə bugün “B” və “C” qruplarında 2 qarşılaşma reallaşıb. Birinci oyunda “Şahinlər” və “Aralıq” komandaları meydanda olub. Qarşılıqlı qol epizodlarının müşahidə olunduğu matç Şahinlərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər oyunda isə “C” qrupunda yer alan “Hava Limanı” və “Əlincə” və komandaları üz-üzə gəlib. Matçı 7 cavabsız qolla tamamlayan ilk qələbəsinə imza atıb. Sabah turun növbəti oyunları çərçivəsində “Universitet”(NDU) – “Yaycı” və “Bənəniyar” – “Prestij” matçları keçiriləcək.

Ümumilikdə 4 qrupda 12 komandanın mübarizə apardığı yarış dairəvi sistemlə oynanılacaq və oyunlardan sonra hər qrupun ən yaxşı göstəriciyə malik 2 komandası pley-offa vəsiqə qazanacaq. Bu mərhələdə 1 oyunun nəticəsinə uyğun olaraq qaliblər əsas mükafata doğru irəliləyəcəklər. Çempionat final və üçüncülük matçları ilə tamamlanacaq. İlk üçlükdə yer alan kollektivlər və fərqlənən oyunçular təşkilatçılar tərəfindən mükafatlandırılacaqlar.

Qeyd edək ki, oyunlar "12 avqust-Beynəlxalq Gənclər Günü"nə həsr olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
11.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020