Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan şəhərində daha bir idman mağazası istifadəyə verilib

      Ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini də idmanın inkişafı təşkil edir. Bu sahənin maddi-texniki bazası gündən-günə möhkəmləndirilir. Ölkənin idman mərkəzlərindən biri hesab olunan muxtar respublikamızda da bu məsələ diqqətdə saxlanılır.

Yanvarın 11-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən Kitab Evi binasında yeni idman mağazasının istifadəyə verilməsi də bunun ifadısidir. İdman ləvazimatlarının satıldığı mağazada bütün yaş qruplarına aid məhsullar var. Yeni ünvanda satılan markalar dünyaca məşhur idman geyimləri və idman avadanlığı markalarına aid məhsullardır. Həmçinin burada müxtəlif aksesuarlar və çantalar da alıcılara təklif olunur. Hər fəsilə və dəbə uyğun mallar çeşid bolluğu, yüksək keyfiyyəti və sərfəli qiyməti ilə seçilir.

Mağazada müxtəlif idman növlərinə və müxtəlif firmalara xas olan 200 növdən çox idman ayaqqabıları var. İdman geyimləri üçün idman ayaqqabılarına üstünlük verənlər və müəyyən bir idman növü ilə maraqlananlar bu mağazada öz tələbatlarına uyğun məhsullar tapa bilərlər.

Bununla yanaşı, mağazada idman fəaliyyətləri zamanı lazım olan məhsullar da satılır. Belə ki, idmançıların tapa biləcəyi məhsullar arasında basketbol, tennis, üzgüçülük, stolüstü tennis, futbol, boks, fitnes və sair idman növlərinin avadanlığı da var. Həmçinin fitneslə məşğul olanlar mağazadan müxtəlif vitaminlər də əldə edə bilərlər.

Alıcıların mağazaya gəlmədən istədikləri məhsulları satın alması da mümkündür. Belə ki, 600 növdən çox məhsulun satıldığı idman malları mağazasının sosial şəbəkələrdəki idman_malları_nmr rəsmi səhifələrindən istənilən məhsulun sifarişini də vermək mümkündür.

Mağaza həftənin hər günü saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir.

Ceyhun MƏMMƏDOV

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.01.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020