Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Futbol Federasiyası Rizəsporun futbol akademiyası ilə əməkdaşlıq əlaqəsi qurub

      Federasiyanın sədr müavini Sakit Rzayev bu məqsədlə Türkiyənin Rizə şəhərinə işgüzar səfər edib. O, Çaykur Rizəspor Klubunun Gənclik İnkişaf etdirmə və Futbol Təhsil Mərkəzində yaradılan şərait və mövcud imkanlarla tanış olub, klub nümayəndələri ilə görüşlər keçirib. Akademiyanın direktoru Fədayi Aksoy və “U14” komandasının koordinatoru Əmrə Hamzaoğlu ilə görüşən federasiya rəsmisi klubun inkişaf planı, məşqçi hazırlığı və futbol təhsili ilə bağlı məlumatlar toplayıb, öz növbəsində muxtar respublikada futbolu, yaradılan əlverişli maddi-texniki baza və federasiyanın fəaliyyət istiqamətləri barədə danışıb. Tərəflər arasındakı məlumatlandırma və müzakirələrdən sonra Naxçıvanlı məşqçilərin akademiyada təcrübə keçməsi və 14 yaşadək futbolçuların iştirak etdiyi “U14”, “U13”, “U12”, “U11” və “U10” liqalarına komandalarımızın qoşulması barədə razılıq əldə olunub.

Qeyd edək ki, Naxçıvan Futbol Federasiyası xarici əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə bundan öncə Türkiyənin Mərsin şəhərindəki “İnter” (İtaliya) futbol klubunun akademiyası ilə təmas qurmuşdu.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.01.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021