Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













4000 metr məsafəyə ekstremal yürüş keçirilmişdir

      11 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünə həsr olunmuş Babək rayon Nəcəfəlidizə kəndindən Culfa rayon “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə 4000 metr məsafəyə ekstremal yürüş keçirilmişdir.

Yarışın keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasında hava və ekstremal idman növlərini tanıtmaq, inkişaf etdirmək və bu idman növlərinin kütləviliyinə nail olmaqdır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yürüşdə 26 gənc idmançı iştirak etmişdir.

Sonda bütün yarış iştirakçıları təşkilatçılar tərəfindən sertifikatla mükafatlandırılmışdır.

     


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.02.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020