Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Xəmsə” Milli İntellektual Oyunu üzrə “Yaz kuboku” təşkil olunub

      12 mart 2021-ci il tarixdə Naxçıvan şəhərindəki “Gənclər Mərkəzi”ndə muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin komandaları arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə “Yaz kuboku” keçirilmişdir.

Oyuna start verilməzdən əvvəl Gənclər və İdman Nazirliyinin əməkdaşı Sənan Bədəlov çıxış edərək oyunun keçirilməsində məqsədin gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, intellektual oyunların kütləviliyinin təmin edilməsi, Azərbaycanın, o cümlədən Naxçıvanın zəngin milli mədəniyyətinin və tarixinin təbliğ olunması, eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq edilməsindən ibarət olduğunu bildirmiş, iştirakçılara uğurlar arzulamışdır. “Bəlli”, “Şərtli”, “Sirli”, “Fərdi” və “Xəmsə” raundlarından ibarət olan oyunda Naxçıvan Tibb Kololecinin “Həkimlər” komandası ən çox xal nominalı toplayaraq kubokun sahibi olmuşdur. Oyunda Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası II yerə, Naxçıvan Musiqi Kollecinin “Virtuoz” komandası isə III yerə çıxmışlar. Qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunmuşdur.

6 komandada 30 nəfər gəncin iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.



Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.03.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020