Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















“Şahin” hərbi-idman oyunu keçirilmişdir

      Bu gün Daxili Qoşunların "Naxçıvan" Əlahiddə Əməliyyat Briqadasında “Şahin” hərbi-idman oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir.

Yarışın keçirilməsində məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərməkdən ibarətdir. Oyun 3 tur-məktəbdaxili-seçmə mərhələsi, rayon (şəhər) birincilikləri və muxtar respublika birinciliyi üzrə keçirilmişdir. Hərbi-idman oyununun muxtar respublika mərhələsinə rayon (şəhər) birinciliklərində qalib olmuş komandalar vəsiqə qazanmışlar. Hər komandanın tərkibində 14 nəfər (10 oğlan, 4 qız) VIII və X sinif şagirləri iştirak etmişdir. Əvvəlcə komandaların yarışa tam heyətlə hazır olmaları haqqında Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli şahinləri salamlamış və yarışı açıq elan etmişdir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Təhsil Nazirliyinin şöbə müdiri Abdulla Əsgərov, Əlahiddə Ümumqoşun Ordunun zabiti polkovnik-leytenant Vahid Məmmədov, Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi kapitan Rəcəb Səfərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi mayor Vüsal Əliyev çıxış edərək tədbirin mahiyyəti haqqında iştirakçılara ətraflı məlumat vermiş və komandalara uğurlar arzulamışlar.

Əsasnaməyə uyğun olaraq məktəblilər Sıra hazırlığı, Darağa patron doldurulması və boşaldılması, Avtomatın sökülməsi və yığılması, Tüfəngdən hədəfə atəş açmaq, Fiziki hazırlıq, Maneələrin dəf olunması, Mülkü müdafiə hazırlığı bəndlərini yerinə yetirmişlər.

Sonda hakimlərin qərarına əsasən Naxçıvan şəhər 1 №-li tam orta məktəbin komandası I yerə, Ordubad şəhər İnternat tam orta məktəbin komandası II yerə, Culfa rayon Əbrəqunus kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər. Qalib gəlmiş komandalara təşkilatçıların kubok və diplomları, yarışda müxtəlif bəndlər üzrə fərqlənən iştirakçılara isə fəxri fərmanlar təqdim olunmuşdur. Muxtar respublika mərhələsində 145 nəfər yeniyetmə iştirak etmişdir. Oyun Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun, Fövqəladə Hallar Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Qeyd edək ki, qalib komanda may ayında keçiriləcək "Şahin" hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyində muxtar respublikanı təmsil edəcək.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.04.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019