Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kitabının onlayn müzakirəsi keçirilmişdir

      12 may 2020-ci il tarixdə Cek London-“Həyat eşqi” kitabının onlayn müzakirəsi keçirilmişdir.

Müzakirə zamanı Naxçıvan Dövlət Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru, dosent Sevinc Abbasova çıxış edərək gənclərə mütaliənin faydaları barəsində məlumat vermiş, mədəniyyət səviyyəsinin yüksəldilməsinin kitablardan keçdiyini bildirmişdir. Cek Londonun həyatı və həyatı uğrunda apardığı mübarizə haqqında gənclərə ətraflı məlumat verən Sevinc Abbasova “Həyat eşqi” kitabından bəhs edərək bildirmişdir ki, Hekayədə sağ qalmaq uğrunda mübarizə o qədər mükəmməl təsvir olunub ki, insanı depressiyadan belə çıxara bilər, həyatın əslində necə dəyərli olduğunu göstərər. Cek London bu hekayə ilə nəyin bahasına olursa olsun insanı yaşamağa səsləyir, ona həyat sevinci bəxş edir. Hekayədə səfərə çıxan iki yoldaşdan biri o birinin dumanda itdiyini zənn edir. Ancaq əslində o, heç də itməmişdi, öz yoldaşını atıb getmişdi. Təkbaşına qalan yoldaşı isə xeyli yol qət etməli olur. O, nə yolla olursa olsun sağ qalmağa çalışır, sözün əsl mənasında həyatla savaşa çıxır. Yolda onun qarşısına insan sümükləri də çıxır ki, bu da onu atıb gedən yoldaşının sümükləri idi, canavarlar onu parça-parça etmişdilər. Bəlkə də yoldaşı onu atmasa və təkbaşına qalmasa idi canavarlara da yem olmazdı. Müzakirə üçün məhz bu əsərin seçilməsi də təsadüfi deyil. Hazırki dövrdə mövcud olan Koronavirus pandemiyasına qarşı insanların mübarizəsi məhz həyat eşqinin nəticəsidir. İnsanlar isə bu mübarizədə birlik olmalıdırlar.

Müzakirə əsnasında gənclər də öz fikirlərini bildirmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

15 nəfər gəncin iştirak etdiyi müzakirə Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf” Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.05.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020