Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kort tennisi üzrə yarış keçirilib

      Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Sahil Parkında ilk dəfə olaraq kort tennisi üzrə gənc oğlan və qızlar arasında muxtar respublika birinciliyi keçirilib.

Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov birinciliyin açılış mərasimində çıxış edərək yarışın qaydaları haqqında məlumat verib və idmançılara uğurlar arzulayıb.

Birincilikdə 20-yə yaxın gənc oğlan və qız olimpiya sistemi üzrə mübarizə aparıblar.

Qızların yarışında Aynur Məmmədova bütün rəqiblərini üstələyərək birinciliyin qalibi adını qazanıb. Digər iki pillədə Göyərçin Məmmədova və İlkanə Əliyeva qərarlaşıblar.

Oğlanlar arasında mübarizə isə daha kəskin olub. Bütün rəqiblərinə qalib gələn Kement Muhammed Ali yarışın baş mükafatını qazanıb. Orhan Qurbani ikinci, Əkrəm Rəhimli isə üçüncü olub.

Sonda qalib idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.06.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020