Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Sahil parkında rəsm müsabiqəsi keçirilmişdir

      12 iyun 2020-ci il tarixdə gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıqlarının təkmilləşdirməsi üçün lazımi şəraitin formalaşdırılması məqsədilə Naxçıvan şəhərindəki Sahil parkında “III Art Battle” (İncəsənət Döyüşü) adlı rəsm müsabiqəsi keçirilmişdir.

Əvvəlcə Milli Məclisin deputatı, Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər və İdman naziri Azad Cabbarov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək muxtar respublikada gənclər üçün yaradılmış şərait, onların asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişlər. Həmçinin, bildirmişlər ki, müəyyən karantin günlərində də gənclərin iştirakı ilə onlayn olaraq müxtəlif tədbirlər həyata keçirilmişdir. Sonda müsabiqədə iştirak edən gənclərə uğurlar arzulamışlar. Sonra iştirakçılar kətan üzərində yağlı boya ilə müxtəlif rəsm əsərləri çəkmişlər. Münsiflər heyətinin rəyinə əsasən qaliblər aşağıdakı kimi müəyyən edilmişdir: Hacıyeva Əzizə və Gözəlova Nuray müsabiqənin qalibləri, Hacıyev Çinar, Aslanov Nihad II yerlərə, Qənbərova İnci, Bəylərova Həcər isə III yerlərə layiq görülmüşlər. Qaliblərə və müsabiqədə iştirak edən digər iştirakçılara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.

28 nəfər gəncin iştirak etdiyi müsabiqə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.06.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020