Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Ağbulaq kəndi ətrafında təmizlik aksiyası keçirilib

      12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Ağbulaq kəndi ətrafında təmizlik aksiyası keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Gənclər Fondunun birgə təşkil etdiyi aksiyada 30 gənc iştirak edib.

Aksiyanı keçirməkdə məqsəd gənclərin maarifləndirilməsi və onların asudə vaxtlarının səmərəli təşkili, ətraf mühitin mühafizəsi və bununla bağlı məsuliyyət hissini daha da artırmaq olub.

Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ayaz Cabbarov, Təhsil Nazirliyinin əməkdaşı Ayaz Əliyev və Gənclər Fondunun əməkdaşı Arzu Qasımov Beynalxalq Gənclər Günü barədə məlumat verib, gəncləri bu gün münasibətilə təbrik ediblər. Bildiriblər ki, bu gün muxtar respublikamızda gənclərin asudə vaxtlarının səmərəli təşkili dövlət gənclər siyasətinin tərkib hissəsidir və bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, gənclərin istirahəti təmin edilir, gənclər milli dəyərlərimizə hörmət ruhunda tərbiyə olunur, yeni ideyaların təşəbbüskarı və dövlət idarəçiliyində aparıcı qüvvə kimi formalaşır. Eyni zamanda yaşıllıq zolaqlarının genişlənməsi, ekoloji tarazlığının bərpası, ekoloji mühitinin sağlamlaşdırılmasının sürətlənməsi, eləcə də insanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə verdiyini xüsusi olaraq vurğulayıblar.

Çıxışlardan sonra aksiya iştirakçılarına təmizlik avadanlıqları paylanılıb, kəndin ətrafı tullantılardan təmizlənib.

Sonra gənclər üçün Ağbulaq İstirahət Mərkəzində çay süfrəsi təşkil olunub. Eyni zamanda 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə muxtar respublikanın ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən bir qrup istedadlı gənc mükafatlandırılıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020