Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Kikboksinq üzrə Muxtar Respublika turniri keçirilib

      Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan kikboksinq üzrə yeniyetmə və gənclər arasında Naxçıvan Muxtar Respublika turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Kikboksinq Federasiyasının birgə təşkil etdiyi turnirin keçirilməsində məqsəd bu idman növünün muxtar respublikada inkişafı, yeniyetmə və gənclər arasında təbliği, eyni zamanda Naçxıvand afəaliyyət göstərən kikboksinq bölmələrinin və klublarının işinin təkmilləşdirilməsindən ibarət olub.

Turnirin açılış mərasimində Gənclər və İdman Nazirliyinin Kütləvi Bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov, Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev çıxış edərək muxtar respublikada idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.

Reqlamentə əsasən idmançılar 13-15 yaş qruplarında 36, 42, 47, 52, 57, 60 və +60 kiloqram, 15-17 yaş qrupunda isə 54, 63 və +71 kiloqram çəki dərəcəslərində rinqə çıxıblar. Həmçinin, qız idmançılar 54 kiloqram çəki dərəcəsində ən güclünü müəyyənləşdirməyə çalışıblar.

Sonda hər çəki dərəcəsində ilk 3 yeri tutan idmançılar diplom və medalla mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.09.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019