Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"Axtar tap" İntellektual Oyunu keçirilmişdir

      12 sentyabr 2020-ci il tarixdə Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında gənclər arasında "Axtar tap" İntellektual Oyunu keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov çıxış edərək gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir. Oyunun keçirilməsində məqsədin gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onlar arasında bilik və elmin təbliği, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirmiş, oyunun qaydaları haqqında məlumat vermiş və komandalara uğurlar arzulamışdır. Daha sonra gənclər ərazinin müxtəlif yerlərində hazırlanmış suallara cavab taparaq birincilik uğrunda mübarizə aparmışlar. Sonda suallara daha tez cavab verərək “Nirivana” komandası qalib adını qazanmışdır. “Batabat” və “Diplomat” komandaları müvafiq olaraq II və III yerlərə çıxmışlar. Sonda qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlar təqdim olunmuşdur. Oyunda Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrindəki səhifələrində qeydiyyatdan keçmiş 12 komanda iştirak etmişdir.

60 nəfər gəncin iştirak etdiyi oyun Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.09.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020