Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Basketbol üzrə muxtar respublika birinciliyi keçirilib

      Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında basketbol üzrə muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi birincilikdə 6 komanda olimpiya sistemi üzrə mübarizə aparıb. Birinciliyin keçirilməsində məqsəd basketbol idman növünün təbliğ edilməsi, istedadlı idmançıların aşkar edilməsi olub.

İki gün davam edən yarışın bağlanış mərasimində çıxış edən Basketbol Federasiyasının sədri Elbrus İsayev, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Ramil Hacı bildiriblər ki, bu gün muxtar respublikamızda sağlam gəncliyin formalaşması, onların asudə vaxtlarının səmərəli təşkili üçün mütəmadi işlər görülür, tədbirlər keçirilir. Məhz bunun nəticəsidir ki, idmançılarımız ölkədaxili və beynəxalq yarışlarda diyarımızı, o cümlədən Azərbaycanı layiqincə təmsil edir, Vətənə medallarla qayıdırlar.

Naxçıvan Dövlət Universitetinin idman kompleksində keçirilən birinciliyin yekun nəticəsinə gəlincə, Naxçıvan Dövlət Universitetinin "Xarici tələbələr" komandası Naxçıvan Dövlət Universitetinin komandasını 33:23 hesabı ilə məğlub edərək qalib adını qazanıb. Üçüncü yer uğrunda görüşdə isə Naxçıvan Tibb Kollecinin komandası Naxçıvan Müəllimlər İnstitutunun komandasını məğlub edib.

Sonda qalib komandalar diplom və kubokla mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.10.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021