Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan idmançıları İstanbul Marafonunda
uğurlu nəticələr əldə edib

      Türkiyədə 43-cü İstanbul Marafonu keçirilib. “Dünyanın qitələrarası yeganə marafonu” adlandırılan, Dünya Atletika Birliyi tərəfindən “qızıl kateqoriya”da göstərilən nüfuzlu tədbirə 100-dən çox ölkədən 20 min idmançı olmaqla ümumilikdə 40 min nəfər qatılıb. Naxçıvan Atletika Federasiyasının idmançılarından Əmrah Nağıyev və Miryusif Seyidov da marafona qatılıblar. Əmrah tam məsafə - “42 km” kateqoriyası üzrə mübarizə aparıb. Təmsilçimiz finişə 120-ci (kişilər arasında) olaraq çatıb. 3 saat 21 dəqiqə 27 saniyəlik göstəriciyə nail olan gənc atlet bu nəticə ilə Azərbaycan idmançıları arasında birinci olub.

“15 km” kateqoriyasında gücünü sınayan Miryusif Seyidov 1 saat 10 dəqiqə 59 saniyəlik göstərici ilə 296-cı (kişilər arasında), azərbaycanlı idmançılar arasında isə ikinci olub.

İdmançılarımız marafonunun medalları ilə mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021