Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Tələbə qızlar arasında badminton yarışı

      10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə bağlı təsdiq olunan tədbirlər planının icrası davam etdirilir. Qrafikə uyğun olaraq Naxçıvan Dövlət Universitetinin (NDU) İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin qız tələbələri arasında badminton üzrə muxtar respublika birinciliyi keçirilib.

Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi yarışda 5 komanda olmaqla ümumilikdə 24 tələbə iştirak edib. Şəxsi birincilik xarakteri daşıyan birincilikdə NDU-nun tələbəsi Əminə Hüseynova qalib olub. Naxçıvan Müəllimlər İnstitundan Ləman Məmmədli ikinci, NDU-nun digər təmsilçisi Büşra Pelinsu Çolak isə üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə Tələbə Gənclər Həftəsi çərçivəsində nəzərdə tutulan müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri və ekskursiyalar davam etdirilməkdədir. Tədbirlər noyabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi ilə yekunlaşacaq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
12.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021