Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















“Heydər Əliyev kuboku” uğrunda kross qaçışı

      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kross qaçışı üzrə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında muxtar respublika turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yüngül Atletika Federasiyasının birgə təşkil etdiyi turnirdə 300-dən çox idmançı mübarizə aparıb. İdmançılar Duzdağ Fizioterapiya Mərkəzinin 5 kilometrlik məsafəsində finiş xəttini keçməyə çalışıblar.

Turnirin açılış mərasimində çıxış edən Yüngül Atletika Federasiyasının sədri Rövşən Məmmədov bildirib ki, bu gün muxtar respublikada idmanın bütün növlərinə qayğı ilə yanaşılır. Məhz bunun nəticəsidir ki, idmançılarımız keçirilən beynəlxalq və ölkədaxili yarışlarda Naxçıvanı layiqincə təmsil edir, uğurlar qazanırlar. Yarışda iştirak edən idmançılara uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov isə çıxışında vurğulayıb ki, hər il olduğu kimi cari ilin may ayında da Naxçıvan bir çox beynəlxalq turnirə ev sahibliyi edir. Ulu öndərin xatirəsinə həsr olunan turnirlərdə dünyanın tanınmış idmançıları mübarizə aparırlar.

Muxtar respublika turnirin yekun nəticəsinə gəlincə, qızların mübarizəsində qlaib adını Aysu Abbasova (Rabitəçi) qazanıb. Digər iki pillədə isə Xatun Oruclu (Rabitəçi) və Nazlıcan Çakır (Naxçıvan Dövlət Universiteti) qərarlaşıblar.

Oğlanların mübarizəsində Əmrah Nağıyev (Rabitəçi) finiş xəttinə hamıdan öndə çatıb. Qəşəm Səfərov və Səfər Tağıyev (hər ikisi “Rabitəçi”) isə ikinci və üçüncü olublar.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
13.05.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019