Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













"Heydər Əliyev Kuboku" uğrunda boks turniri başa çatıb

      Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan muxtar respublika turniri başa çatıb. Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimi Naxçıvan Dövlət Filarmoniyasının incəsənət xadimləri və rəqs qrupunun çıxışları ilə yekunlaşıb. Sonra final qarşılaşmaları reallaşıb.

Nəticələrə əsasən Rəhim Süleymanov, Fikrət Abbaszadə, Sənan Muxtərov, Ucar Musayev, Uğur Əliyev, Məhəmməd Əliyev, Məhəmmədəli Qasımov, Murad Babazadə, Elgün Rzalı, Sərvan Abdullazadə, Nadir Cəfərov, Nofər Əlizadə, Elbrus Kərimli, Türkeş Mustafayev, Kənan Allahverdiyev və Sərvər Abdullayev öz çəki dərəcələri üzrə birinci olublar.

İlk üçlükdə qərarlaşan idmançılara diplom və hədiyyələr təqdim edilib. Mükafatları Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı və Naxçıvan Boks Federasiyasının sədri Məhərrəm Talıbov təqdim edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Boks Federasiyası tərəfindən birgə təşkil olunan yarışın məqsədi ümummili lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, idmançıların hazırlıq səviyyəsini yüksəltmək, kütləviliyə nail olmaq və perspektivliləri yığma komandaya cəlb etməkdən ibarət olub. Yeniyetmə və gənc idmançıları əhatə edən turnir 3 gün davam edib. Mükafatçılar olimpiya sistemi əsasında müəyyənləşdirilib. 17 çəki dərəcəsi üzrə 90-a yaxın boksçu 7 komandada medallar uğrunda mübarizə aparıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
13.05.2022







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2022