Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Sağlamlıq imkanları məhdud yeniyetmələr arasında intellekt yarışı

      “Xəmsə” Milli İntellekt Oyunu üzrə fərdi mübarizə xarakteri daşıyan yarışa 12 iştirakçı qatılıb. Oyunun keçirilmə məqsədi sağlamlıq imkanları məhdud yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkilində yeni üsullar tədbiq etməkdən ibarət olub.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Dövlət Sosial Təminat Xidmətinin sektor müdiri Zaur Hüseynov çıxışlarında sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərə göstərilən hərtərəfli dövlət qayğısından, həyata keçirilən işlərdən və yarışın əhəmiyyətli tərəflərindən bəhs ediblər. Qaydalar haqqında məlumat verildikdən sonra intellekt mübarizəsinə start verilib.

Yekun nəticələrə əsasən, İlqar Məmmədli 6000 xallıq göstərici ilə oyunu birinci sırada tamamlayıb. Fatimə Əsədli (3600) ikinci, İradə Hüseynli (3200) isə üçüncü olub.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən birgə təşkil olunan yarışın sonunda iştirakçılar diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
13.08.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021