Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Maarifləndirici tədbir keçirilmişdir

      13 oktyabr 2020-ci il tarixdə Gənclər və İdman Nazirliyinin akt zalında Fövqəladə Hallar Nazirliyi tərəfindən payız-qış mövsümünə hazırlıqla bağlı maarifləndirici tədbir keçirilmişdir.

Əvvəlcə Gənclər və İdman Nazirliyi aparatının rəhbəri Tahir Məmmədli çıxış edərək Nazirlik tərəfindən Nazirlik aparatında və onun strukturuna daxil olan obyektlərdə qışa hazırlıqla bağlı görülən işlər haqqında məlumat vermişdir. Daha sonra Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Dövlət Yanğın Nəzarəti bölməsinin rəisi, daxili xidmət mayoru Etibar Məmmədov “Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tələblərinə əməl olunmalı”, Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiə və fövqəladə hallara hazırlıq bölməsinin mülki müdafiə qüvvələrinin hazırlığı üzrə baş məsləhətçisi Azadə Cəfərova “Dəm qazı ilə zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları” mövzularında çıxış edərək iştirakçılara ətraflı məlumat vermişlər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
13.10.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020