Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan Kikboksinq Federasiyası əməkdaşlıq əlaqələrini gücləndirir

      Türkiyənin İstanbul şəhərində təşkil olunan və dünyanın 70-dən çox ölkəsində canlı yayımlanan peşəkar kikboksçuların ənənəvi döyüş gecəsi - “Levent Bulut Fight Club Champions Night”-da Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev də iştirak edib. Tədbirə rəsmi qonaq qismində dəvət olunan federasiya sədri turnirin mükafatlandırma mərasimində yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib, Azərbaycan idmançılarının bu tip yarışlarda iştirakını yüksək qiymətləndirdiyini ifadə edib. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının idman arenalarında da davam etdirilməsi təqdir olunub.

Turnirdən sonra yarışın təşkilatçısı, tanınmış məşqçi Ləvənd Bulud və Xəyal Abdullayev arasında görüş reallaşıb. İrimiqyaslı turnirlərin təşkilatçılıq məsələləri ilə bağlı müzakirə və məsləhətləşmələr aparılıb, Naxçıvanın gənc kikboksçularının bu tipli turnirlərdə iştirakının təmin olunması ilə bağlı razılıq əldə olunub. Görüşün sonunda “Levent Bulut Fight Club Champions Night”-a məxsus xatirə kəməri Xəyal Abdullayevə hədiyyə olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
13.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021