Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl
təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev

















“Tarixə ekskursiya” adlı layihə həyata keçirilmişdir

      Bu gün “Naxçıvan Muxtar Respublikası-95” devizi altında ali və orta ixtisas təhsili müəssisələrində Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələrin iştirakı ilə “Tarixə ekskursiya” adlı layihə həyata keçirilmişdir.

Layihənin keçirilməsində məqsəd Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələrin Naxçıvanın tarixinə və dahi şəxsiyyətlərinə aid eksponatların əks olunduğu muzeylərlə daha yaxından tanışlığının təmin edilməsi, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, tariximizin onlara təbliğ olunması, gənclərin intellektual səviyyələrinin, dünyagörüşünün yüksəldilməsi, onlarda intellektual oyunlara marağın artırılmasıdır. Gənclərin əvvəlcə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə, Dövlət Bayrağı Muzeyinə, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinə, Naxçıvan Dövlət Tarix Muzeyinə, Cəlil Məmmədquluzadənin Ev Muzeyinə, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə, “Xatirə” Muzeyinə və “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyaları təşkil olunmuşdur. Ekskursiyalar yekunlaşdıqdan sonra iştirakçılar arasında “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində gəzinti təşkil olunan muzeylər haqqında hazırlanmış suallar əsasında “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilmişdir. Oyunun sonunda daha çox suala düzgün cavab verərək “Naxçıvan” Universitetinin “Aran” komandası I yerə, Naxçıvan Müəllimlər İnstitutunun “Buta” komandası II yerə, Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası III yerə çıxmışdır. Qaliblərə və digər iştirakçılara Gənclər və İdman Nazirliyi tərəfindən diplom, fəxri fərman və hədiyyələr təqdim olunmuşdur. Ekskursiya iştirakçıları üçün nahar və çay süfrəsi təşkil olunmuşdur.

30 nəfər tələbənin iştirak etdiyi layihə Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
14.05.2019







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2019