Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Atıcılığın stend növü üzrə yarış keçirilib

      14 avqust 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının idman klubları arasında atıcılığın stend növü üzrə muxtar respublika birinciliyi keçirilmişdir.

Birinciliyin keçirilməsində məqsəd şəhər və rayonlarda atıcılıq idman klublarının idmançıları arasında stend idman növünün kütləviliyinə nail olmaq, muxtar respublikada ən yaxşı atıcıları müəyyən etmək, idmançıların vətənpərvərlik ruhunda tərbiyə olunmasına nail olmaq, atıcılıq idman klublarının idmançıları arasında dostluq əlaqələrini gücləndirmək olmuşdur. Atıcılıq Mərkəzində keçirilən birincilikdə 5 komandadan 10 iştirakçı qələbə uğrunda mübarizə aparmışdır. Maraqlı və gərgin mübarizə şəraitində keçirilən yarışın sonunda “Qələbə” komandası I, “Zəfər” komandası II, “Hədəf” komandası III yerin sahibi olmuşlar. Qalib komandalar təşkilatçıların diplom, kubok və qiymətli hədiyyələri ilə təltif olunmuşlar.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
14.08.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020