Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Paralimpiyaçıların üzgüçülük üzrə muxtar respublika birinciliyi

      Sağlamlıq imkanları məhdud 18 yaşadək oğlan və qızlar arasında keçirilən birincilik Naxçıvan Üzgüçülük Mərkəzində reallaşıb. Gənclər və İdman Nazirliyi ilə Paralimpiya Federasiyasının birgə təşkil etdiyi yarışda 13 paralimpiyaçı iştirak edib. Məqsəd sağlamlıq imkanları məhdud uşaq və gənclərin reabilitasiyası, asudə vaxtlarının idmanla dəyərləndirilməsi və üzgüçülük idman növündə inkişaf etmələrinə zəmin yaradılması olub.

İştirakçılar üzgüçülüyün sərbəst üsulu ilə 25 metrlik məsafədə yarışıblar. Təyin olunan məsafəni digərlərindən daha tez qət edən Zeynəb İbrahimli qızlar arasında muxtar respublika birincisi olub. Səkinə Rəhimli ikinci, Nurgül Müslümova isə üçüncü olub. Oğlanlar arasında ən yaxşı nəticə Fərid Qafarlıya məxsus olub. Röyal Mahmudlu ikinci yerdə qərarlaşıb. Sıralamada ilk üçlüyü tamamlayan iştirakçı Zakir Həsənov olub.

İlk üçlükdə qərarlaşan paralimpiyaçılar diplomla təltif olunublar. Birinciliyin bütün iştirakçılarına hədiyyə təqdim edilib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
14.09.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021