Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Bayraq mənliyimdir!” adlı tədbir təşkil olunmuşdur

      14 noyabr 2020-ci il tarixdə “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar Naxçıvan şəhərindəki “Kitab evi”nin qarşısında “Bayraq mənliyimdir!” adlı tədbir təşkil olunmuşdur.

Tədbirin təşkil olunmasında məqsəd gənclərin Azərbaycan ordusuna mənəvi dəstəyinin nümayişi, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, könüllü gənclərin fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili və “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü”nün qeyd edilməsidir. Layihə çərçivəsində istedadlı gənclər tərəfindən vətənpərvərlik mahnıları və şeirlər ifa olunmuş, könüllülər tərəfindən muxtar respublika sakinləri və gənclərə bayraqlar paylanılmış, həmçinin gənc rəssamlar tərəfindən “feys art” (üz rəsmləri) təşkil olunmuşdur. Eyni zamanda layihə çərçivəsində “Əsgərə məktub” aksiyası keçirilmişdir ki, tədbir zamanı həm gənclər, həm də muxtar respublika sakinləri tərəfindən əsgərlərə məktublar yazılmışdır. Qeyd edək ki, yazılmış məktublar Gənclər və İdman Nazirliyi tərəfindən muxtar respublikada olan hərbi hissələrə göndəriləcəkdir.

25 nəfər könüllü gəncin iştirak etdiyi tədbir Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
14.11.2020







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2020