Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













“Vətəni tanı” intellektual oyunu keçirilib

      Sağlamlıq imkankanları məhdud uşaqların iştirakı ilə keçirilən intellekt yarışı Gənclik Mərkəzində reallaşıb. Yarışma uşaqlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün mənimsənilməsi, onların reabilitasiyası, cəmiyyətin müxtəlif sahələrində öz bacarıq və istedadlarını inkişaf etdirməsi və intellektual biliklərinin artırılması məqsədi ilə təşkil olunub.

Oyuna start verilməzdən öncə Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmət rəisi Vüqar Məmmədov çıxış edərək intellektual oyunun əhəmiyyəti və keçirilmə məqsədi barədə məlumat veriblər. Qaydalara əsasən, müxtəlif rənglərdə göstərilən vektorial şəhər və rayon hissəciklərini xəritə üzərində öz yerinə yerləşdirmək lazım olub. Xəritə pazl şəklindədir və Azərbaycanın hər bir inzibati ərazi vahidi orada ayrılıqda göstərilib. Nəticələr vahid Azərbaycan xəritəsinin tamamlanması üçün sərf olunan vaxt əsasında hesablanıb.

İlqar Məmmədli xəritəni daha tez tamamlayaraq oyunun birincisi olub. Esma Darçınlı və İradə Hüseynli müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. Yarış iştirakçılarına diplom, fəxri fərman və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən birgə təşkil olunan intellektual oyuna 13 nəfər qatılıb.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
15.07.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021