Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Çoxnövçülük yarışında uğur qazanan komanda ilə görüş keçirilib

      Xəbər verdiyimiz kimi, Xaçmaz şəhərində keçirilən çağırışaqədər və çağırışyaşlı gənclər arasında “Vətənin Müdafiəsinə Hazıram!” poliatlon çoxnövçülüyü üzrə ölkə birinciliyində muxtar respublika təmsilçiləri ikinci yerə layiq görülüblər. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində uğurlu nəticə əldə edən Babək rayon komandası ilə görüş keçirilib.

Gənclər və idman naziri Ramil Hacı komanda üzvlərini təbrik edərək bildirib ki, qazanılan nəticə onu göstərir ki, bu istiqamətdə atılan addımların nəticəsi olaraq gənclərimiz vətənpərvərlik ruhunda böyüyür, onların yüksək taktiki-fiziki hazırlığı, hərb sənəti ilə bağlı əldə etdiyi bilik və bacarıqlar gələcəkdə ordu sıralarına cəlb olunmaları baxımından önəmli rola malikdir.

Şanlı qələbə ilə yekunlaşan 44 günlük Vətən müharibəsində gənc nəsil nümayəndələrinin də yüksək peşəkarlıq, əzm və qəhrəmanlıq göstərdiyini xatırladan Ramil Hacı ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsas prioritetlərindən biri kimi azərbaycançılıq ideologiyasının önəmindən bəhs edib. Vurğulanıb ki, hər bir ölkə vətəndaşı, xüsusən də gənclər bu qayə ətrafında birləşməli, Azərbaycanın gələcək inkişafı üçün öz töhfəsini verməlidir.

Görüşdə komanda üzvlərinin təəssüratları dinlənilib, göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq ifadə olunub.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimovovun rəhbərliyi ilə ölkə birinciliyində 4 nəfərdən ibarət heyətin iştirakı təmin olunub. Komandanın üzvlərindən Fərid Həsənəliyev 1000 metr məsafəyə qaçış növündə (2.37 saniyə), Sənan Əşrəfov isə qumbaraatmada (50 metr) ən yüksək nəticə göstərərək mükafatçılar sırasına düşüblər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
15.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021