Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Tələbə gənclər arasında növbəti idman yarışı keçirilib

      10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrinin oğlan və qız tələbələrinin iştirakı ilə stolüstü tennis üzrə muxtar respublika birinciliyi keçirilib.

Naxçıvan Şəhər Üzgüçülük Mərkəzinin stolüstü tennis zalında reallaşan yarışda 12 komandadan ümumilikdə 36 tələbə iştirak edib. Qaliblər olimpiya sisteminə əsasən müəyyən edilib.

Şəxsi birincilik xarakteri daşıyan birincilikdə Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi Xədicə Beyra Güldüran qızlar arasında birinci olub. Naxçıvan Texniki Kollecindən Günay Nəsirli və Naxçıvan Müəllimlər İnstitutundan Gültəkin Süleymanova müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.

Oğlanların mübarizəsində NDU-nun təmsilçisi İlyas Zəbuhi qalib olub. Komanda yoldaşı Okan Gültac yarışı ikinciliklə tamamlayıb. “Naxçıvan” Universitetinin tələbəsi Firudin Abdullayev isə üçüncülüklə kifayətlənib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə Tələbə Gənclər Həftəsi çərçivəsində nəzərdə tutulan müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri və ekskursiyalar davam etdirilməkdədir. Tədbirlər noyabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi ilə yekunlaşacaq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
15.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021