Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan karateçiləri dünya çempionatını 3 medalla tamamlayıblar

      11-14 noyabr tarixlərində Serbiya Respublikasının Zrenjanin şəhərində Dünya Şotokan Federasiyasının 28-ci Dünya Çempionati keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 3 idmançısı iştirak edib. Onlardan ikisi mükafatçılar sırasına düşə bilib.

12-13 yaş kateqoriyasında mübarizə aparan Yaqub Qəmbərov (-43 kq) “şobu ippon” və “şobu sanbon” qaydaları üzrə 2 gümüş medal qazanıb. Digər təmsilçimiz Rafiq Hüseynli (-40 kq) isə 10-11 yaş kateqoriyasında “şobu ippon” üzrə bürünc medala layiq görülüb.

Federasiya idmançıları, həmçinin 14 noyabr tarixində 8 Noyabr - Zəfər Gününə həsr edilmiş açıq Bakı turnirinə də qatılıblar. Yekun nəticələrə əsasən Naxçıvan komandası medalların sayına və əyarına görə (7 qızıl, 6 gümüş və 4 bürünc) turniri ikinci sırada tamamlayıb.

Karateçilərimizdən Ayxan Musayev I, II və III yerlər olmaqla 3 medal qazanıb. Vüsal Seyidov, Qafar Hüseynli, Canər Abbaszadə, Səma Bağırova, Gültac Cəfərova və Sadiq Qənbərov qızıl medala sahib olublar. Nərgiz Həsənli II və III yerlər olmaqla 2 medal əldə edib. Fatimə Bədəlova, Sona Bağırova və Məhəmməd Bağırov gümüş, Həsən Səfərli, Saleh Qənbərov və Abbas Əliyev bürünc medala layiq görülüblər. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
15.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021