Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvan idmançısı Azərbaycan Qran-Prisinin qalibi olub

      Azərbaycan Pauerliftinq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində “deadlift” və “bench press” üzrə qran-pri turniri keçirilib. 12-14 iyun tarixlərini əhatə edən yarışda muxtar respublika idmançısı, Azərbaycan yığma komandasının üzvü Əli Əsgərov də iştirak edib. Təmsilçimiz bench press növündə uğurlu nəticəyə imza atıb. O, 190 kq kiloqramlıq ağırlığın öhdəsindən gələrək öz çəki dərəcəsində turnirin mütləq qalibi adına layiq görülüb.

Əli Əsgərov bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Azərbaycan kubokunda da mübarizə aparacaq. Əsas hədəfi isə dekabr ayında keçiriləcək dünya çempionatında ölkəmizi təmsil etməkdir.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021