Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Gənc dövlət qulluqçuları arasında
"Xəmsə" Milli İntellektual Oyunu keçirilib

      İntellekt yarışı Gənclər Mərkəzində reallaşıb. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən birgə təşkil olunan oyunda müxtəlif dövlət qurumlarını təmsil edən 8 komanda iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin şöbə müdiri İlahə Haqverdiyeva və Gənclər Fondunun əməkdaşı Xanım İbrahimova muxtar respublikada gənclərə göstərilən dövlət qayğısından bəhs ediblər. Qeyd olunub ki, gənclərin cəmiyyətin müxtəlif sahələrində fəal iştirakının təmin edilməsi, karyera imkanlarının artırılması və yaradıcılıq potensialının üzə çıxarılması üçün ardıcıl tədbirlər həyata keçirilir. İntellektual yarışların davamlı təşkili yeniyetmə və gənclərimizin bilik bazasını, dünyagörüşünü daha da zənginləşdirilməsinə xidmət edir. Çıxış edənlər bütün komandalara uğurlar arzulayıblar. Sonra yarışa start verilib.

Nəticələrə əsasən, 5 raunddan ibarət oyunda Ədliyyə Nazirliyinin komandası ən yaxşı göstərici ilə birinci yerə layiq görülüb. İqtisadiyyat Nazirliyi və Culfa Rayon İcra Hakimiyyətinin komandaları isə müvafiq olaraq II, III pillələrdə qərarlaşıblar. İlk üçlükdəki komandalara hədiyyələr təqdim olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.06.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021