Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Tir atıcılığı üzrə birincilik

Highslide JS    Highslide JS    Highslide JS

Highslide JS    Highslide JS    Highslide JS

      Naxçıvan şəhərində yerləşən Atıcılıq və Əyləncə Mərkəzində tir atıcılığı üzrə muxtar respublika açıq birinciliyi keçirilib. Yarışda 40 nəfər qələbə uğrunda mübarizə aparıb.

Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyası tərəfindən birgə təşkil olunan birincilik gənclərə vətənpərvərlik ruhunun aşılanması, asudə vaxtın səmərəli təşkili və atıcılıq idman növlərinin təbliği məqsədilə keçirilib. Qaydalara əsasən, hər iştirakçıya 5 atış imkanı yaradılıb, hədəfin vurulması dəqiqliyinə uyğun olaraq hesablamalar aparılıb.

Nəticələrə gəlincə, Elxan Rzayev ən yüksək göstərici ilə birinci yerə layiq görülüb. Növbəti iki sıranı müvafiq ardıcıllıqla Mahmud Vəliyev və Əjdər Mustafayev tamamlayıblar.

İlk üçlükdə qərarlaşan iştirakçılara diplom, kubok və peyntbol mərmiləri təqdim edilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.07.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021