Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Paralimpiyaçılarımız VI Uşaq Paralimpiya İdman Oyunlarında uğurla iştirak ediblər

      Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin paralimpiya hərəkatına cəlbi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində ardıcıl tədbirlər icra olunur. Sağlamlıq imkanları məhdud şəxslərin idman həyatına inteqrasiyası və istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirilir. Bununla yanaşı, paralimpiyaçılarımızın ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı da diqqət mərkəzində saxlanılır.

Ötən həftə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində baş tutan VI Paralimpiya İdman Oyunlarında Naxçıvan Paralimpiya Federasiyasının idmançıları da iştirak edib. Təmsilçilərimiz pauerliftinq (ağırlıqqaldırma) yarışında uğurlu nəticələrə imza atıblar. Belə ki, öz yaş qruplarına əsasən Həsən Qasımov 22 kiloqramlıq ağırlığı ram edərək ikinci, Mehdi Quliyev isə 35 kq nəticə ilə üçüncü yerə layiq görülüblər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021