Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Voleybol üzrə klublararası muxtar respublika
birinciliyində əsas mərhələ

      İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin voleybol klubları arasında muxtar respublika birinciliyinin final mərhələsinə start verilib. Yarışa şəhər və rayon mərhələlərinin qalibləri olmaqla ümumilikdə 8 komanda qatılıb. Məktəblilərin fiziki hazırlığı və idman vərdişlərini artırmaq, asudə vaxtlarının səmərəli təşkili və respublika səviyyəli yarışlarda iştirak edə biləcək güclü yığma komanda formalaşdırmaq məqsədilə keçirilən birincilik Gənclər və İdman, Təhsil nazirlikləri və Voleybol Federasiyası tərəfindən birgə təşkil olunub.

Yarışın reqlamentinə əsasən komandalar olimpiya sistemi üzrə mübarizə aparırlar. Sabah keçiriləcək yarımfinal və final görüşləri ilə birinciliyə yekun vurulacaq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021