Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Tələbə gənclər peyntbol birinciliyində

      10-17 Noyabr – Beynəlxalq Tələbə Gənclər Həftəsi çərçivəsində növbəti idman yarışı təşkil olunub. Belə ki, Naxçıvan Atıcılıq Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin oğlan tələbələri arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib.

Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi yarışda 6 komanda olmaqla ümumilikdə 30 tələbə iştirak edib.

Nəticələrə gəlincə, Naxçıvan Müəllimlər İnstitutunun komandası qalib olub. Naxçıvan Texniki Kolleci və Naxçıvan Dövlət Universitetinin təmsilçiləri müvafiq ardıcıllıqla ikinci, üçüncü sıralarda qərarlaşıblar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin birgə təşkilatçılığı ilə Tələbə Gənclər Həftəsi çərçivəsində nəzərdə tutulan müxtəlif idman birincilikləri, intellektual yarışlar, film nümayişləri, müsabiqə və ekskursiyalar yekunlaşmaq üzrədir. Noyabrın 17-də keçiriləcək mükafatlandırma mərasimi bu mənada sonuncu olacaq.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.11.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021