Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Naxçıvanda Region Liqanın 4-cü turu çərçivəsində oyunlar keçirilib

      11-12 dekabr tarixlərində muxtar respublikada fəaliyyət göstərən futbol klublarının iştirakı ilə liqanın Naxçıvan zonası üzrə növbəti oyunlar keçirilib.

Şərurun “Arpaçay” komandası ardıcıl qələbə sayını 4-ə yüksəldib. Belə ki, doğma meydanda “Dübəndi” (Ordubad) ilə görüşən şərurlular rəqibini 3:1 hesablı məğlubiyyətə uğradıb. “Kəngərli”-“Babək” matçının taleyini 1 qol həll edib. 3 xalı qazanan tərəf babəklilər olub. “Əlincə” (Culfa)-“Batabat” (Şahbuz) oyununda qapılara ümumilikdə 9 qol vurulub. Nəticəyə gəlincə, Culfa təmsilçisi meydandan 7:2 hesablı üstünlüklə ayrılıb. Bu tur oynanılacaq “Araz-Naxçıvan”-“Sədərək” matçı isə rayon təmsilçisinin müraciətinə əsasən təxirə salınıb.

Hazırda turnir cədvəlinə 12 xallıq göstərici ilə “Arpaçay” başçılıq edir. Bir oyun az keçirən “Araz Naxçıvan” 9 xalla ikinci, eyni xala malik “Əlincə” isə üçüncüdür.

Qeyd edək ki, Naxçıvan zonasında 14 tur oynanılacaq. Qalib komanda Region Liqasının reqlamentinə əsasən ölkə üzrə yarımfinal mərhələsinə birbaşa vəsiqə əldə edəcək.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021