Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Məktəblilər arasında futzal üzrə muxtar respublika birinciliyinə
start verilib

      Ümumtəhsil məktəblərinin futbol klubları arasında keçirilən yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb. Birinciliyə şəhər və rayonlardan ümumilikdə 9 komanda qatılıb.

Yarışın reqlamentinə əsasən komandalar olimpiya sistemi üzrə mübarizə aparırlar. Qalib və mükafatçıların adları sabah keçiriləcək oyunlardan sonra bəlli olacaq.

Qeyd edək ki, uşaq futbolunun inkişafı, məktəblilərin fiziki hazırlığı və idman vərdişlərinin artırılması, respublika səviyyəli yarışlarda iştirak edə biləcək güclü yığma komandaların formalaşdırılması məqsədilə keçirilən birincilik Gənclər və İdman, Təhsil nazirlikləri tərəfindən birgə təşkil olunub.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021