Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













200-dən çox gənc “Şuşa, sən azadsan!” filmini izləyib

      Naxçıvan şəhərindəki Gənclik Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin və Orta İxtisas Polis Məktəbinin kursantlarının iştirakı ilə “Şuşa, sən azadsan!” sənədli filmi nümayiş olunub. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbir gənclərin Vətənə məhəbbət, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması və qəhrəman hərbçilərimizin timsalında əsl şücaət, peşəkarlıq, vətənpərvərlik nümunəsi görməsi məqsədi daşıyıb.

Məlumat üçün bildirək ki, 44 günlük Vətən müharibəsinin həlledici mərhələsi - müasir hərb tarixinin ən parlaq səhifələrindən biri olan “Şuşa əməliyyatı”nın diqqətçəkən məqamları izləyicilərə ilk dəfə bu filmdə təqdim edilib. Ekran işində həmin uğurlu əməliyyatın iştirakçıları olan xüsusi təyinatlı qüvvələrimizin döyüş yolu, cəsur əsgər və zabitlərimizin müsahibələri və əməliyyat zamanı çəkilmiş eksklüziv kadrlar yer alır.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021