Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyi
  «Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir... Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir».
                                    Heydər Əliyev













Azərbaycan Milli Olimpiya Komitəsinin hesabat-seçki
Baş Məclisi keçirilib

      Dekabrın 16-da Milli Olimpiya Komitəsinin onlayn formatda VIII hesabat-seçki Baş Məclisində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı da iştirak edib.

Əvvəlcə MOK-nın İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının hesabatı dinlənilib. Hesabat-seçki Baş Məclisin iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib. Daha sonra İlham Əliyev, Çingiz Hüseynzadə, Fərid Qayıbov, Azər Əliyev, Zemfira Meftahətdinova, Nazim Hüseynov, Namiq Abdullayev, Fərid Mansurov, Faiq Qarayev, Könül Nurullayeva, Mariana Vasileva və Ramil Hacı MOK-nın İcraiyyə Komitəsinin üzvü seçiliblər. İclasda MOK-nın Təftiş Komissiyasına üzvlərinin də seçkisi baş tutub. Lyudmila Şubina, Hicran Şərifov, Balakişi Qasımov, Niyaməddin Paşayev və Yaşar Bəşirov Təftiş Komissiyasına üzv seçiliblər.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidməti
16.12.2021







Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi
Webmaster • Global Network Technologies


naxgin.az • 2018-2021